İngiltərə

Morqan yenə də ona “ilişdi” – Bu təlxək…

“Əl-Nəsr”ə getməzdən bir müddət əvvəl “Mançester Yunayted”in keçmiş hücumçusu Kriştiano Ronaldodan müsahibə alan məşhur britaniyalı jurnalist və “Arsenal” azarkeşi Pirs Morqan “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq  haqqında tənqidi fikirlər səsləndirib.

Aut.az xəbər verir ki, Morqan bu haqda sosial şəbəkədə yazıb.

“Bu təlxək hələ də qovulmayıb?” – Morqan “X” sosial şəbəkəsində (keçmiş Twitter) Ten Haqın şəklini paylaşaraq yazıb.

Pirs Morgan CNN-in aparıcısıdır. O, əvvəllər bir neçə məşhur Britaniya tabloidinin baş redaktoru vəzifəsində çalışıb və ötən ilin noyabrında Kriştiano Ronaldodan müsahibə alıb. Bu müsahibə bir neçə gün gündəmdə olub. Portuqaliyalı həmin müsahibədən sonra İngiltərə klubundan ayrılaraq “Əl-Nəsr”ə keçib.

Aut.az