Millimizi biabır tedikdən sonra izinə düşənlərin sayı artıb
“Nyukasl” “Roma”da icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukakunu transfer etmək imkanını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Voetbalkrant” məlumat yayıb.
Bildilir ki. “sağsağanlar” belçikalı futbolçu ilə ciddi maraqlanır. “Nyukasl”ın məqsədi komandasının hücum xəttindəki rəqabəti artırmaqdır. Bu səbəbdən onun yayda əsas transfer hədəflərindən biri olacağı bildirlir.
Bu mövsüm Lukaku “Roma”da bir illik icarə əsasında çıxış edir. Belçikalı bütün turnirlərdə 15 matçda 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Romelu Avro-2024-ün seçmə mərhələsinin son turu çərçivəsində keçirilən Azərbaycan millisiylə son oyunda poker etməklə daha çox diqqət mərkəzinə düşüb. O, bundan sonra bir sıra klubların transfer hədəfinə çevrilib. “Çelsi” də onu komandada saxlamaq barədə düşünməyə başlayıb.
