“Özbək Messisi” ləqəbinə münasibət bildirdi
Moskva CSKA-sının yarımmüdafiəçisi Abbosbek Fayzullaev “Özbəkistan Messisi” ləqəbinə münasibət bildirib.
Aut.az xəbər verir ki, o, Özbəkistanın gənclərdən ibarət yığmasının U-17 dünya çempionatındakı çıxışından da danışıb.
Bu gün Özbəkistan gəncləri DÇ-2023-ün 1/4 finalında Fransa yığmasına uduzub (0:1).
– Özbəkistanın oyununa baxdım. Uşaqlar əla oyandılar, təbrik edirəm.
Bizdə həmişə güclü, istedadlı gənclər olub. Bütün ölkədə indi futbol yaxşı inkişaf edir. Bu, infrastruktura görə baş verir.
– “Özbək Messisi” ləqəbi ilə razısınızmı?
– Yox. Messini sevirəm, amma mən özüm – Abbosbek olmaq istəyirəm.
Aut.az
