İspaniya

İlin ən nüfuzlu 25 qadınından biri

İspaniya millisinin və Meksikanın “Paçuka” klubunun futbolçusu Cennifer Hermoso ilin 25 ən nüfuzlu qadını siyahısına daxil edilib.

Aut.az xəbər verir ki, siyahını “The Financial Times” tərtib edib.

İspaniyalı futbolçunun peşəkar keyfiyyətlərinə, eləcə də ötən yay İspaniya millisinin qələbəsindən sonra baş verən qalmaqallı hadisəyə görə bu siyahıya düşdüyü vurğulanır.

Dünya çempionatının mükafatlandırma mərasimində İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales onu öpdükdən sonra qalmaqal yaşanmışdı.

Qeyd edilir ki, Hermoso bu vəziyyətdə cəsarət nümayiş etdirib, hadisəni kiçik saymayıb və Rubialesin təhdidlərinə baxmayaraq, özünü müdafiə etməyə davam edib.

Bu siyahıda aktrisa Marqot Robbi və müğənni Beyons da var.

Aut.az