İspaniya

Ter Ştegen “Barselona”da yenə gərginlik yaratdı: Nə baş verir?

“Barselona” klubunda qapıçı və komandanın kapitanı Mark-André ter Ştegenin İspaniya Futbolçular Assosiasiyasının (AFE) rəsmi bəyanatını imzalamasından narazılıq yaranıb.

Aut.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçiləri alman qolkiperin belə addım atmamalı olduğunu düşünürlər, çünki bu, klubun maraqlarına ziddir.

Qeyd olunub ki, ter Ştegen sözügedən bəyanatı İspaniya çempionatındakı digər bütün klubların kapitanları ilə birlikdə imzalayıb.

Bundan əvvəl “Barselona” yay aylarında ter Ştegenə qarşı onun zədəsi ilə bağlı La Liqa üçün hazırlanmış tibbi protokolu imzalamaqdan imtina etməsinə görə araşdırma aparmışdı.