Əməliyyat olundu
“Barselona”nın yarımmüdafiəçisi Qavi çarpaz bağın yırtılmasından və menisküsün zədələnməsindən sonra uğurla əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Qavi bu gün sağ dizin ön çarpaz bağının yırtılması və menisküsün tikişi üzərində uğurlu əməliyyat keçirdi. Klubun tibbi xidmətinin nəzarəti altında doktor Joan Karles Monlau onu Barselona xəstəxanasına aparıb”, – deyə rəsmi məlumatda bildirilib.
Xatırladaq ki, 19 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) sıradan çıxıb. Bu mövsüm Qavi “Barsa”nın heyətində 15 matçda iştirak edib. O, yalnız yeni mövsümdə meydanlara qayıda biləcək.
