Rövşən Nəcəfdən Fərrux Məmmədova tapşırıq: O yolda qaraltı görsən… – VİDEO
“Neftçi”nin baş məşqçisi Adrian Mutu “Araz Naxçıvan”la oyundan sonra deyib ki, düzgün yoldayıq.
“Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf də bu “düzgün yol”da nəyin göründüyünü müəyyənləşdirmək istəyib.
Ona görə də, klubun baş icraçı direktoru Fərrux Məmmədova deyib ki, durbini götür, bax gör o yolda nə görürsən.
Fərrux müəllim də baxıb-baxıb, deyib ki, yetim Vəfadarın evini görür. Bu sözdən diksinib Rövşən Nəcəf. Deyib ki, yetim-yesiri sadalama, diqqətlə bax, qaraltı (işıq yox ha) görsən xəbər et.
İndi hamı oturub xəbər gözləyir Fərrux Məmmədovdan. Görək Mutunun “yolunda” qaraltı nə vaxt görünəcək.
Aut.az
