“Real”ın zədəli ulduzunun durumu açıqlandı
“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold Çempionlar Liqasının əsas mərhələsinin “Marsel”lə oyununda (2:1) zədələnib.
Aut.az xəbər verir ki, Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, tibbi müayinə nəticəsində futbolçunun sol ayağının dizaltı vətərlərində əzələ zədəsi aşkarlanıb. Onun hansı müddətə bərpa olunacağı açıqlanmayıb.
Qeyd edək ki, Aleksander-Arnold “Marsel”lə görüşün 5-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun əvəzində Dani Karvaxal oyuna daxil olub.
Aut.az
