Sevgilisini öldürən idmançı azadlığa buraxıldı
Cənubi Afrika məhkəməsi paraqaçışçı Oskar Pistoriusun vaxtından əvvəl azadlığa buraxılması tələbini təmin edib.
Aut.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Rəfiqəsi Reeva Steenkampı öldürməkdə təqsirli bilinən 37 yaşlı Pistorius 2024-cü ilin yanvarın 5-də azadlığa buraxılacaq. Pistorius 13 illik cəzasının yarıdan çoxunu çəkdikdən sonra şərti azadlığa buraxılmaq hüququ qazanıb. Bu ilin mart ayında şərti azadlığa buraxılması müraciəti rədd edilsə də, indi onun tələbi təmin edilib.
Məhkəmədə Steenkampın valideynləri Pistoriusun tövbə etmədiyini bildirərək şərti azadlığa buraxılmasına qarşı çıxıblar.
Qeyd edək i, Pistorius 2013-cü ildə Sevgililər Günündə Steenkampı evində vanna otağının qapısından bir neçə güllə ilə öldürüb.
