Tanınmış idmançı amansızlıqla öldürüldü: Qətlin təfərrüatları açıqlandı
Bir neçə gün əvvəl atletika ictimaiyyətini şoka salan informasiya yayılmışdı.
Aut.az xəbər verir ki, “BBC Sports” Olimpiya Oyunlarının iştirakçısı Benjamin Kiplaqatın faciəli ölümü barədə məlumat yayılmışdı. Təəssüf ki, informasiya təsdiqni tapıb.
Qaçışçı Keniyanın Eldoret şəhərində qatil hücumunun qurbanı olub. Uqandalı idmançının cəsədi öz avtomobilində tapılıb. Kiplaqata bıçaqla hücum edilib. İdmançının bədənində dərin bıçaq yaraları aşkarlanıb.
Amansız qətl hadisəsinin yeni təfərrüatları üzə çıxıb. Yerli polis rəisi Stiven Okalanın sözlərinə görə, polis cinayətdə şübhəli bilinən şəxsləri həbs edib. Kiplaqatın qətli ilə bağlı 30 yaşlarında iki kişi saxlanılıb.
Cinayətkarların motivləri hələ də bəlli deyil. Bununla belə, yerli polis hücum edənlərin Kiplaqatı qaçırmaq istədiyini bildirib. Nəticədə idmançı qatillərin istifadə motosikleti maşını ilə vurub. “Bu, yəqin ki, onları bu qəddar hərəkətə təhrik edib”, – deyə polis rəisi şərh edib.
Qeyd edək ki, Kiplaqat 2008, 2012 və 2016 Olimpiya Oyunlarında iştirak edib. İdmançı 3000 metr məsafəyə qaçış üzrə yarışlarda mübarizə aparıb.
