Atletika

Olimpiya çempionu həbs olundu

Orlando polisi (Florida ştatı) 4×100 metr estafetində Olimpiya çempionu olan sprinter Şa’Karri Riçardsonu təhlükəli sürücülüyə görə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

29 yanvar tarixində atlet avtomobili saatda 160 km-dən artıq sürətlə idarə edib, öndə hərəkət edən nəqliyyat vasitələrinə həddindən artıq yaxınlaşıb və digər sürücüləri ötmək üçün davamlı şəkildə ayırıcı zolaqları keçib.

Hazırda hələ də nəzarətdə saxlanılan idmançıya təhlükəli sürücülük maddəsi ilə ittiham irəli sürülüb. 25 yaşlı Riçardsonu 30 günədək həbs cəzası və 500 dollar məbləğində cərimə gözləyir.

Xatırladaq ki, 2021-ci ildə sprinter ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən marixuana üzrə pozitiv test verdiyinə görə diskvalifikasiya edilmiş və bu səbəbdən Tokio-2020 Olimpiya Oyunlarını buraxmışdı.