Dünya futbolu

Messinin “İnter Mayami”də gələcəyi: Bekhem deyir ki…

“İnter Mayami”nin həmsahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messinin Amerika klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

“Mən onun bizimlə qalmasını istəyirəm, onun nüfuzu oyunçuları  cəlb edir, klubun cəlbediciliyini artırır. Mən onun ABŞ-da futbolun inkişafına kömək etməsini istəyirəm. Düşünürəm ki, onun özü belə bir çağırışda maraqlı olacaq”, – ITASportPress Bekhemin sözlərindən sitat gətirib.

Xatırladaq ki, futbolçu 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib.

Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm argentinalı Amerika klubunun heyətində 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu “İnter Mayami” ilə Liqa Kubokunu qazanıb.

Aut.az