Əmindir: Gürcüstan Avro-2024-ə vəsiqə qazanacaq
“Slovan”ın baş məşqçisi Vladimir Vays Gürcüstan millisinin 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq şanslarından danışıb.
“Mən əminəm ki, Gürcüstan Millətlər Liqası vasitəsilə Avropa çempionatına vəsiqə qazanacaq. Komanda yaxşı oynayır. İlk oyun evdə olacaq. Düşünürəm ki, ikinci dəfə uğurlu olacaqlar. Mən məşqçi olanda finala yüksəldik, lakin Şimali Makedoniyaya uduzduq.
İndi futbolçular daha təcrübəlidir, komandada keyfiyyət var. Əminəm ki, Gürcüstan şanslarından istifadə edib Avropa çempionatına vəsiqə qazanacaq. Və bütün gürcülər xoşbəxt olacaqlar”, – deyə Vays “Çhampionat”ın müxbiri İlya Nikulnikovla söhbətində bildirib.
Xatırladaq ki, Gürcüstan millisi 2024-cü il Avropa çempionatına vəsiqə uğrunda İspaniya, Şotlandiya, Norveç və Kipr komandaları ilə A qrupunda mübarizə aparıb. Gürcülər səkkiz turdan sonra səkkiz xal toplayaraq dördüncü yeri tutublar.
İndi Villi Sanolun komandası Millətlər Liqasının pley-off mərhələsində çıxış etməli olacaq. Yarımfinal görüşündə gürcülər Lüksemburqla, qalib gəlsələr, Yunanıstan-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaqlar.
Aut.az
