İspaniyada bu 4 klubun azarkeşləri dalaşdı: həbs olunanlar var
Sevilyada İspaniyanın 4 klubunun nümayəndələri arasında münaqişə baş verib.
Aut.az xəbər verir ki, nəticədə azarkeşlərdən bir neçəsi həbs olunub, biri isə ciddi xəsarət alıb. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, insident “Betis” ultraslarından birinin “Barselona” və “Atletiko Madrid” ultras təmsilçiləri ilə ad gününü qeyd edərkən baş verib. Bayram başlayandan bir müddət sonra radikal “Sevilya” azarkeşləri qəfil peyda olub və dava salıblar. Münaqişə nəticəsində 4 nəfər saxlanılıb, 1 nəfər isə ağır yaralanaraq yerli xəstəxanaya təxliyə edilib. Həmçinin, davanın dörd iştirakçısı xuliqanlıq və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub.
Aut.az
