“Ronaldo ilə eyni köynəyi geyinəcəyimi bilmək məni çox qürurlandırır”
“Palmeyras”ın 17 yaşlı hücumçusu, eləcə də “Real”ın gələcək forvardı Endrik maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu Madrid klubunun keçmiş hücumçusu Kriştiano Ronaldo haqqında danışıb:
“Uşaqlıqdan bəri arzum həmişə “Real”da oynamaq olub. Kriştiano Ronaldo mənim ən böyük kumirlərimdən biridir. Buna görə də onunla eyni köynəyi geyinəcəyimi bilmək mənə böyük qürur verir”.
Xatırladaq ki, “Real” ötən ilin dekabrında o vaxtkı 16 yaşlı forvard Endriçə görə 35+25 milyon avro ödəyib. Bu transfer 18 yaşa qədər futbolçular üçün ən bahalı transfer olub. Onunla “Los Blankos” arasında müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb. Endrik 18 yaşı tamam olan kimi Madrid klubuna qoşulacaq.
