AÇ: Azərbaycan cüdoçularından 4 medal
Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatı keçirilir.
Aut.az xəbər verir ki, yarışın ilk günüdə Azərbaycan təmsilçiləri 4 bürünc medal qazanıblar.
Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) fəxri kürsüyə qalxmağı bacarıblar.
Milli komandanın digər üzvləri – Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə yarışı medalsız tərk ediblər.
