Argentinaya qarşı oynaya bilməz
“Real”ın və Braziliya millisinin cinah müdafiəçisi Vinisius Junior zədəsindən danışıb.
Aut.az xəbər verir ki, o Argentina ilə DÇ-2026-nın seçmə mərhələ oyununda iştirak edə bilməyəcəyini deyib:
“Düşünürəm ki, bu, keçən dəfəki kimi zədədir. Sürətləndim və ağrını hiss etdim. Argentina ilə matç? Çətin olacağını düşünürəm. Həkimlərin dediklərini nəzərə alsaq, bunun mümkün olmadığını fikirləşirəm. Amma əlimizdən gələni edəcəyik.”, –
Xatırladaq ki, futbolçu Kolumbiya ilə oyunun (1:2) 27-ci dəqiqəsində omba nahiyəsindən zədələndiyi üçün əvəzlənib.
