Las-Veqasda fiasko, məşq ləğv edildi – FOTO
“Formula 1”in külli miqdarda pul yatırdığı təmtəraqlı Veqas Qran Prisi yarışların təşkili baxımından problemlərlə başlayıb.
Aut.az xəbər verir ki, ilk məşq startdan cəmi 10 dəqiqə sonra ləğv edilib. Çünki kanalizasiya lyukunun barmaqlığı qırılıb.
Çoxlu təmir cəhdlərindən sonra F1 məşq sessiyasını ləğv etməli olub. İkinci məşq təhlükə altında olub, amma çox gec olsa da, başlayıb. “Ferrari” dueti Çarlz Lekler – Karlos Sayns ən sürətli olublar. İlk üçlüyü Fernando Alonso tamamlayıb.
Seçmə şənbə günü səhər saat 10:00-da başlayacaq.
Aut.az


