İspaniya

Ərəblərə “yox” deyəcək?

İspaniyalı məşqçi Xulen Lopeteqi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik etməyə razı olmayacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Məsələ burasındadır ki, 57 yaşlı mütəxəssis hazırda bütün diqqətini İngiltərə Premyer Liqasında iş tapmaqda cəmləyib.

Yada salaq ki, yayda, mövsümün başlamasına az qalmış, klub rəhbərliyi ilə münaqişəyə görə o, “Vulverhempton”dan qovulmuşdu.

“Əl-İttihad” daha əvvəl “qurdlar”ın sabiq baş məşqçisi Nuno Espirito Santonu istefaya göndərdiyini açıqlamışdı. Maraqlıdır ki, istefaya səbəb rəhbərliklə deyil, futbolçu Kərim Benzema ilə münaqişə olub.

Aut.az