Digər

Ukraynadan qaçan dünya çempionu “satqın” ittihamlarına cavab verdi

Balıq ovu üzrə 2021-ci ilin dünya çempionu Artur Bilan Ukrayna millisindən qaçdıqdan sonra xəyanət ittihamlarına cavab verib.

Aut.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

Bilan çoxlarının onu dərhal satqın kimi qələmə verməsindən incidiyini söyləyib. “Ancaq gördüm ki, hələ də nə qədər ağıllı və düşünən insanlar var. Dəstək çox yüksək idi – 90 faiz”, – deyə idmançı əlavə edib.

Noyabrın 14-də Ukraynanın küçə balıqçıları komandasının kapitanı Danil Lyasov , Bilanın İtaliyadakı dünya çempionatındakı çıxışdan sonra komandanı tərk etdiyini açıqlayıb. Onun sözlərinə görə, hamı yatarkən, idmançı qaçıb.

Bilan izah edib ki, qərar çətin idi, lakin ona artıq Ukrayna Silahlı Qüvvələrindən iki çağırış vərəqəsi göndərilib. O, həmçinin qeyd edib ki, Rusiyadan siyasi sığınacaq istəməyi planlaşdırmır.

Aut.az