Almaniya

“Qarabağ”ın rəqibinin bu sirri bəlli oldu – FOTO

“Bayer”nin “Union”la ilə son matçında (4:0) maraqlı məqam ortaya çıxıb

Aut.az xəbər verir ki, Xabi Alonsonun Leverkuzen klubuna aşıladığı sürətli oyun taktikasının necə reallaşdığı məlum olub. Bunun səbəbi meydanın kənarı boyunca yerləşdirilən 29 top imiş. Toplar reklam lövhələrinin arxasında deyil, önünə hazır vəziyyətdə qoyulub.

Alonso bununla futbolçuların topu oyuna daha tez daxil etməsinə və rəqibin toparlanmasının qarşısını almağa nail olur. İspan mütəxəssis bu təcrübəni”Liverpul”da çıxış etdiyi vaxt öyrənib.

"Qarabağ"ın rəqibinin bu sirri bəlli oldu - FOTO

"Qarabağ"ın rəqibinin bu sirri bəlli oldu - FOTO

"Qarabağ"ın rəqibinin bu sirri bəlli oldu - FOTO

Xabi Alonsonun işi artıq göz önündədir. Onun komandası Avropanın ən parlaq futbol oynayan komandalarından biridir. Artıq bir neçə rekorda da imza atıblar:

– “Aspirinlər” 17 oyun keçiriblər ki, bunlardan 16-da qələbə qazanıblar. Ardıcıl 12-si görüşdə meydanı qələbə ilə tərk ediblər.

– “Bayer” 2023/24 mövsümünün 16 matçının hamısında ən azı iki qol vurub. Bundesliqada komanda artıq 34 qol vurub. Bu, klub tarixinin rekordu hesab edilir.

– 11 turdan sonra Xabi Alonsonun komandasının 31 xalı var. Bu, Bundesliqada oynadığı bütün dövrlər üçün klub rekordudur.

Qeyd edək ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”ın rəqibidir. “Aspirinlər” hər iki görüşdə çempionumuzu məğlub edib – 5:1 və 1:0.