Digər

Azyaşlılara qarşı seksual xarakterli hərəkətlər edən məşqçi saxlanıldı

Rusiyanın Xabarovsk diyarından olan taekvondo məşqçisi gənc idmançılara qarşı seksual zorakılıq edib.

Aut.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Kanalın aydınlaşdırdığı kimi, insident Komsomolsk-na-Amurda yerləşən “Breeze” otelində baş verib. 46 yaşlı məşqçi gənc idmançılara sataşıb.

“Yeddi-on iki yaş arasında olan üç qız bu barədə valideynlərinə danışıb”, – Şot qeyd edir.

İdmançıların valideynləri hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar. Hazırda məşqçi saxlanılıb və həbsdədir. Onun barəsində “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi başlanıb.