Dünya futbolu

Zidan Messi haqda elə söz dedi ki…

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “İnter Mayami”nin hücumçusu Lionel Messi haqqında coşğulu danışıb.

Aut.az xəbər verir ki, bu barədə “Madrid Universal” “X” sosial şəbəkəsində (keçmiş Twitter) Zidandan sitat gətirib.

“Mən meydanda baş verənləri başqalarından bir saniyə əvvəl görürdüm. Amma Messi bunu 3 saniyə əvvəldən görür”, – Zidan deyib.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” qəzetinin ötən mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin nəticələrinə əsasən, Lionel Messi “Qızıl top” mükafatını alıb. Bu mükafat argentinalı üçün onun karyerasında səkkizinci olub. Futbolçu 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.

Aut.az