Dünya futbolu

Zinçenko həyat yoldaşını ad günündə şoka saldı: Bekhem özü… – VİDEO

Oktyabrın 20-də Ukrayna futbolunun ulduzu Aleksandr Zinçenkonun həyat yoldaşı Vlada 30 yaşını qeyd edib.

Aut.az xəbər verir ki, o, bu günü həmişəlik xatırlayacaq.

Zinçenko sevgilisi üçün şarlar, çiçəklər, ailə və dostların hərarətli təbrikləri sayəsində evlərini əsl nağıl dünyasına çevirərək arzuladığı bir bayram hazırlayıb.

Ancaq bayram videosunun sonunda Vladanı emosional kulminasiya gözləyirdi – Devid Bekhem özü onu təbrik etdi!

“Salam Vlada, bu Devid Bekhemdir. Mən sadəcə sizə mesaj göndərmək istədim, çünki doğum gününüzdür. Əminəm ki, əriniz və ailənizlə inanılmaz bir gün keçirəcəksiniz. Sizə çoxlu sevgi arzulayıram, 30 yaşınız mübarək!” əfsanəvi ingilis deyib. Vlada duyğularını saxlaya bilməyib və sosial şəbəkədə təəssüratlarını bölüşüb:

“Səhərə qədər ağlamışam və artıq şişmişəm, sanki arılarla yatmışam. Ərim, onun dostları və valideynləri mənə nə sürpriz etdi! 20 dəqiqəlik video, sonu məni şoka saldı”.

Aut.az