Ərəblər onu qışda aparacaqlar
Səudiyyənin iki klubu “Real”ın veteran ulduzu Luka Modriçlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Rud Qaletti məlumat yayıb.
Onun məlumatına görə, söhbət “Əl-Əhli” və “Əl-İttihad”dan gedir. 38 yaşlı xorvatiyalı ilə müqavilənin mövsümün sonuna qədər olmasına baxmayaraq, onu yanvarda transfer etməyə çalışacaqlar.
Modriçin özü bu mövsüm “Real”da az oynamasından müddətindən narazıdır və bu, onun ayrılma ehtimalını artırır. Yarımmüdafiəçi bütün turnirlərdə 14 matçda iştirak etsə də, ümumilikdə cəmi 617 dəqiqə meydanda olub.
Aut.az
