Ronaldo ilə buna görə küsülüdür, amma…
Portuqaliya millisinin keçmiş baş məşqçisi Fernando Santuş müsahibə verib və DÇ-2022-nin İsveçrə və Mərakeşlə oyunlarında Ronaldonu niyə ehtiyat oyunçular skamyasında saxladığını izah edib.
“Ronaldo Ten Haqın vaxtında “Mançester Yunayted”də az oynadı, bu da mənim qərarıma çox təsir etdi. Fiziki hazırlığı ideal idi, amma oyunun tempini hiss etmirdi. Məşqçilər korpusu ilə bu çatışmazlığı aradan qaldırmağa çalışdıq.
Əvvəlcə dünya çempionatı başlamazdan əvvəl, sonra isə ilk qrup matçlarında işlədik. Üstəlik, 2022-ci ilin ikinci yarısı onun üçün dəhşətli oldu. Hər şey onun yeni doğulmuş oğlu Kriştianonun ölümü ilə ailəsinin başına gələn bədbəxtliklə başladı. Bu an ona çox təsir etdi.
Artıq bir-birimizlə danışmırıq. Qətərdən qayıdandan sonra onunla danışmamışam. Həmin səhər oyundan əvvəl ona oynamayacağını və bunun səbəbini izah edəndə, o, məni səhv başa düşdü. Çətin dövr yaşadığı üçün göstərdiyi reaksiyanı başa düşürəm. Mənim üçün isə oğul və kiçik qardaş olaraq qalır. Mobil telefonuma zəng etmək istədiyi gün ona cavab verəcəm. Buna zəmanət verilir”, – Santuşun sözlərini “Corriere dello Sport” sitat gətirir.
Aut.az
