“Barselona” ondan narazıdır: Cavan axtarırlar
“Barselona” hücumçusu Robert Levandovskinin oyunundan narazıdır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın aparıcı KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Kataloniya təmsilçisi 35 yaşlı futbolçunu gənc hücumçu ilə əvəzləmək qərarına gəlib. Buna görə təcrübəli polşalı forvard komandanı tərk edə bilər.
Robertin karyerasını Səudiyyə Ərəbistanı və MLS-də davam etdirmək variantları var.
İspaniya çempionatının cari mövsümündə Leva 10 oyun keçirib və 5 qol vurub. Hücumçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir
