Məğlubiyyətsiz “Xəzri” çempionatın vahid lideridir
Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun açılış oyunu baş tutub.
Aut.az xəbər verir ki, paytaxt klubu “Xəzri” səfərdə “Cəlilabad” klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan debütant “Xəzri” yekunda rəqib üzərində 89-79 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: “Cəlilabad” (Rişon Conson – 27 xal, 7 ribaund), “Xəzri” (Amil Həmzəyev – 20 xal, 10 ribaund)
Qeyd edək ki, üçüncü turun növbəti oyunları (“NTD-INDIGO” – “Gəncə”, “Sərhədçi” – “Sumqayıt”, “Neftçi” – “Şəki”, “Xırdalan” – “Sabah”) 9, 10 və 11 noyabr tarixində baş tutacaq.
