Ukraynalıya 400 min dolar təklif ediblər ki, rusla döyüşsün, amma…
Ukraynalı boksçu Aleksandr Zaxoji rusiyalı Arslanbek Mahmudovla döyüşməkdən imtina edib.
Aut.az xəbər verir ki, o, bu barədə “TYK MASON” YouTube kanalına müsahibəsində danışıb .
Zaxoji oktyabrın 28-də Səudiyyə Ərəbistanında keçirilən turnirdə rusiyalı ilə döyüşmək fürsətinin olduğunu, lakin təklifi qəbul etmədiyini bildirib. “Mən onlarla eyni rinqi paylaşmaq belə istəmirəm” deyən ukraynalı ona 400 min dollar qonorar təklif edildiyini bildirib.
30 yaşlı Zaxoji məğlubiyyətsiz olaraq qalır. Onun 18 qələbəsi var, onlardan 14-ü nokautladır. 34 yaşlı Mahmudov 17 döyüş keçirib. O da məğlubiyyətlə üzləşməyib.
Oktyabrın 28-də keçiriləcək turnirin əsas döyüşündə UFC-nin keçmiş çempionu Frensis Nqannu və ağır çəkidə çempionluq kəmərinin sahibi Tayson Fyuri döyüşəcək . Döyüş boks qaydalarına əsasən ağır çəki dərəcəsində keçiriləcək.
Aut.az
