Boks

Yenə də dünya çempionu oldu: Bu dəfə…

Amerikalı boksçu Devid Benavides meksikalı Hilberto Ramiresə qarşı keçirilən döyüşdə qələbə qazanıb.

Aut.az xəbər verir ki, Las-Veqasda baş tutan boks gecəsinin əsas qarşılaşmasında Benavides rəqibini altıncı raundda nokautla məğlub edib.

Bu qələbə sayəsində Benavides birinci ağır çəki dərəcəsində WBA və WBO versiyaları üzrə çempion tituluna yiyələnib.

32 qələbəsi olan və məğlubiyyəti olmayan boksçu karyerasında üçüncü çəki dərəcəsində çempionluq qazanıb. O, daha əvvəl ikinci orta və yarımağır çəkidə də çempion olub.