UFC əfsanəsi boks döyüşündə nokautla qalib gəldi
Keçmiş UFC-nin orta çəki üzrə çempionu Anderson Silva yarımorta çəki dərəcəsində təşkilatın sabiq kəmər sahibi olan amerikalı Tayron Vudlini vaxtından əvvəl məğlub edib.
Aut.az xəbər verir ki, boks qaydaları ilə keçirilən döyüş Mayamidə baş tutan turnirin əsas kartında yer alıb. Braziliyalı Silva ikinci raundda texniki nokautla qələbə qazanıb.
Qarşılaşma altı raundluq formatda planlaşdırılmışdı.
Aut.az
