“Nyukasl” bəyanat yaydı: Qadağa 18 aylıqdır, amma…
“Nyukasl” italiyalı yarımmüdafiəçisi Sandro Tonalinin 10 ay müddətinə futboldan kənarlaşdırıldığını təsdiqləyib.
Aut.az xəbər verir ki, bununla bağlı klub rəsmi saytında bəyanat yayıb.
“Nyukasl Yunayted” təsdiqləyir ki, Sandro Tonali İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən irəli sürülən qanunsuz mərc iddiaları ilə əlaqədar 27 oktyabr 2023-cü il cümə günündən etibarən on ay müddətinə futboldan kənarlaşdırılıb.
FIGC sanksiyalarına 18 aylıq qadağa daxildir. Oyunçu İtaliyada keçiriləcək xüsusi məşq proqramında iştirak edəcəyi üçün müddət səkkiz ay azalacaq. Sandro bu proqrama həsr olunmuş 16 məcburi tədbirdə iştirak etməli olacaq.
Oktyabrın 27-də axşam “Nyukasl Yunayted” FİFA-nın oyunçunu bütün rəqabət xarakterli yarışlarda iştirakdan kənarlaşdırmaq üçün FIGC sanksiyalarını təsdiqlədiyinə göstəriş aldı.
Bu o deməkdir ki, Sandro 2024-cü il avqustun 27-də futbola qayıda biləcək”, – deyə məlumatda bildirilir.
Aut.az
