ÇL-də həftənin oyunçusu müəyyənləşdi
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
Aut.az xəbər verir ki, bu, “Porto”dan Evanilson olub. O, “Feyenoord”dan Santyaqo Ximenes, “Leypsiq”dən David Raum və “Arsenal”dan Qabriel Xesusu qabaqlayıb.
Qeyd edək ki, Evanilson qrup mərhələsinin 3-cü turunda “Antverpen”lə görüşdə het-trikə imza atıb.
