Sabiq baş məşqçisi Messini vurdu: Ronaldo hələ də…
“Əl-Duhail”in baş məşqçisi Kristof Qaltye Asiya Çempionlar Liqasında”Əl-Nəsr”ə qarşı keçirdiklərin oyundan sonra (3:4) maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, Ər-Riyad təmsilçisinin ulduzu Kriştiano Ronaldonun hələdə bir nömrə olduğunu söyləyib:
“Ronaldo ilə qarşılaşdığınız zaman edə biləcəyiniz çox şey yoxdur. O, bizimlə oyunda iki gözəl qol vurdu. Onu təsvir etməyə sözüm yoxdur. Ronaldonun etdikləri 38 yaşlı kişi üçün inanılmazdır. Hələ də dünyanın ən yaxşı oyunçusudur”.
Xatırladaq ki, Qaltye ötən mövsüm Lionel Messinin çıxış etdiyi PSJ-ni çalışdırıb.
