Almaniya

Qolu sınıb

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretskanın Bundesliqanın səkkizinci turunda “Maynts”la oyunda ( 3:1 hesablı qələbə ) qolu sınıb .

Aut.az xəbər verir ki, “Bavariya” 28 yaşlı yarımmüdafiəçinin artıq əməliyyat olunduğunu rəsmən açıqlayıb. O, komandasının növbəti oyunlarını buraxacaq, lakin klub bərpa üçün dəqiq vaxt çərçivəsi açıqlamayıb.

Mətbuatda yayılan xəbərlərə görə, Qoretska noyabrın 4-də Dortmund “Borussiya”sı ilə oyunda meydana qayıtmağa ümid edir.

Bu mövsüm Qoretski bütün turnirlərdə “Bavariya”nın heyətində 12 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az