Almaniya

Mövsümün sonunda “Bayern”dən ayrılır: Özü açıqladı

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Aut.az xəbər verir ki, futbolçunun sözlərinə görə, digər klubların marağına baxmayaraq, mövsümün sonuna qədər qalmaq qərarına gəlib. Eyni zamanda, o, müqaviləsi bitdikdən sonra komandadan azad agent kimi ayrılacağını da vurğulayıb. Qoretska sosial media səhifəsində yazıb:

“Konstruktiv müzakirələrdən sonra klub və mən qərara gəldik ki, birlikdə keçirdiyimiz uğurlu vaxt bu yay başa çatacaq. İndi yeni bir fəslə başlamaq üçün ən yaxşı zamandır”.

Qoretska 2018-ci ildən bəri “Bayern”də oynayır. Bu mövsüm 30 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 28 oyunda meydana çıxıb və 1 qol vurub.

Aut.az