Dünya futbolu

Onun da evini qarət etmək istədilər

“Lion”da çıxış edən Deyan Lovrenin evi qarət cəhdinə məruz qalıb.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, hücumçular “Lion”un “Klermon”la (1:2) oyunu zamanı Lovrenin evini qarət etməyə cəhd ediblər. Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçunun evinin giriş qapısında oğurluq cəhdinə dəlalət edən izlər aşkar ediblər.

Polis yoxlama aparmaq üçün evə girməli olub. Qapını açmaq üçün çilingərin də müdaxiləsinin lazım olduğu qeyd edilir.

Xatırladaq ki, Lovren Fransa klubuna 2022/2023 mövsümündə keçib. Bu mövsüm xorvatiyalı “Lion”un heyətində iki matçda forma geyinib.

Aut.az