İspaniya

Qol vurdu, anası belə ağladı – VİDEO

“Barselona”nın 17 yaşlı yetirməsi Mark Qiu İspaniya Primera Liqasında “Atletik”lə matçda (1:0) əsas komandada debüt edib və qələbə qolunu vurub.

Aut.az xəbər verir ki, stadiondakı azarkeşlər Qiu qol vurduqdan sonra onun valideynlərinin reaksiyasını çəkə biliblər.

Kadrlardan görünür ki, 17 yaşlı hücumçu meydana çıxdıqdan 35 saniyə sonra “Barsa”nın qələbə qolunu vurduqdan sonra anası sevincdən ağlayır, atası isə məmnunluqla alqışlayır.