Ukraynanın “Zarya” klubu Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Təl-Əviv “Makkabi”si ilə oyunun təxirə salınmasına münasibət bildirib.
“Luqansk “Zarya”sı İsraildə yaranmış vəziyyəti başa düşür.
Lakin hər şeyə baxmayaraq, xatırlatmaq lazımdır ki, artıq 10 ilə yaxındır ki, ölkəmizin ərazisində müharibə gedir. Bu müddət ərzində xalqımız, azarkeşlərimiz, komandamız çox şeylərdən keçdi. Öz evlərimi tərk etməli, həyata yenidən başlamalı və mübarizə aparmalı oldu.
Bu müddət ərzində çətin günlərə baxmayaraq, “Zarya” heç vaxt avrokubok oyunlarını təxirə salmağı xahiş etməyib və hər şeyə rəğmən futbol oynayır. İndi də komandamız avtobusla bir çox yerə 15-20 saat yol qət edir, sərhədi keçir, başqa bir ölkədə oynayandan sonra yenə 20 saat yol qət edib Ukraynaya qayıdır və yerli çempionatda iştirak edir.
“Zarya” “Makkabi” ilə ev oyunlarının yerini dəyişməyi və ya rəqibə ev oyununu “Lublin Arena”da təşkil etməyə kömək etməyi təklif etdi. “Zarya” ümumiyyətlə, ev sahibinin seçdiyi istənilən ölkədə oynamaqdan çəkinmir. Amma “Makkabi” oktyabrın 26-na planlaşdırılan görüşü noyabr ayına keçirmək istəyir.
Noyabr ayında “Zarya”nın çox mürəkkəb bir təqvimi var. Avrokubok oyunlarından əlavə, Ukrayna kubokunda və öz çempionatımızda oyunumuz olacaq.
Çox çətin logistikanı nəzərə alsaq, Ukraynada da müharibənin getdiyini nəzərə alaraq, “Zarya” üçün matçın təxirə salınması qəbuledilməzdir.
Biz UEFA yarışlarının və daxili çempionatın reqlamentinə və təqviminə əməl edərək futbol oynamağa hazırıq”, – deyə komandanın mətbuat xidmətindən bildirilib.
Aut.az