Dünya futbolu

Rusiya klubları Qazaxıstanda danışıqlar aparır – Nə baş verir?

UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirak etməyə icazə veriləcəyi təqdirdə, Rusiya futbol klubları ev oyunlarını Qazaxıstanda keçirmək barədə ilkin danışıqlar aparırlar.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Eldar Amanbayev məlumat verib.

Rusiya komandalarına 2022-ci ildən etibarən Avropa yarışlarında (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) iştirak etmək qadağandır.

“Məndə olan məlumata görə, RPL klubları Avrokuboklarda potensial ev oyunlarını Qazaxıstanda keçirməklə bağlı ilkin danışıqlara başlayıblar. Bu, gələn mövsümə, UEFA-nın Rusiya klublarına öz yarışlarında iştirak etməyə icazə verəcəyi, lakin ev oyunlarını neytral ərazidə keçirmələrini tələb edəcəyi ssenariyə aiddir. Bu, hazırda nəzərdən keçirilən yalnız bir variant olsa da, bu istiqamətdə işlər artıq davam edir”, – jurnalist bildirib.

Bu cür oyunlara ev sahibliyi etmək üçün əsas namizədlər Almatı, Aktobe və Çimkəntdir. Bu seçim aparıcı RPL klublarının ənənəvi olaraq təbii ot örtüklü meydançalarda oynaması və bu şəhərlərdəki stadionların lazımi tələblərə cavab verməsi ilə izah olunur.

Aut.az