Dünya futbolu

Messi olmasaydı… – Həmin oyundan sonra hamı ona nifrət edirmiş

“Napoli”, “Real Madrid” və Argentina millisinin sabiq hücumçusu Qonsalo İquain Braziliyada keçirilən dünya çempionatının finalında uduzduqdan sonra onun üçün nə qədər çətin olduğunu xatırlayıb.

Aut.az xəbər verir ki, İquain bu barədə İspaniya mətbuatına danışıb.

“2014-cü ildə Dünya Kubokunun finalında məğlub olanda paltardəyişmə otağında heç kim mənimlə danışmırdı – hamısı qaçırdığım fürsətə görə.

Bəziləri mənə hirslə baxırdılar. Özümü günahkar hiss etdim, amma Messi məni təəccübləndirdi: “Eybi yoxdur, bu futboldur. Biz finala çıxdıq. Biz çempionuq”.

Sonra mənə dedilər ki, məşqçi milliyə qayıtmağımı istəmir, amma Messi işə qarışdı, məşqçi ilə danışdı və dedi ki, mənim günahım yoxdur.

Sonra məşqçi məni çağırdı. Messi olmasaydı, bu günə qədər özümü günahkar hiss edərdim. Onun Dünya Kubokunu qazanmasına şadam. O buna layiqdir. Onun böyük ürəyi var”, – İquain deyib.

Xatırladaq ki, Argentina DÇ-2014-ün finalında Almaniyaya 0:1 hesabı ilə uduzub. İquain bir neçə qol imkanını əldən verib.

Aut.az