Deputatlar “qovulsun” deyir, nazir isə…
Bavariyanın daxili işlər naziri Yoahim Herrmann Bundestaqın Xristian Demokratlar İttifaqından olan iki deputatının Fələstinə verdiyi dəstəyə görə “Bavariya”nın mərakeşli futbolçusu Nussair Mazrauini Almaniyadan qovmaq çağırışına reaksiya verib.
“Bir qayda olaraq, deportasiya yalnız yaşamaq hüququnuz olduqda və ağır cinayətlər törətdikdə mümkündür. Ona görə də “Bavariya” bu məsələ ilə özü məşğul olmalıdır.
Çox dəyər verdiyim “Bavariya” oyunçularından belə açıqlamalar olmamalıdır”, – Herrmann bildirib.
Xatırladaq ki, Mazraui daha əvvəl fələstinlilərə dəstəyini ifadə edərək bildirmişdi ki, Mərakeş millisinin oyunçuları və məşqçilər heyəti Afrika Kuboku üçün verilən bütün mükafatları zərərçəkənlərə bağışlayacaq, həmçinin daha çox humanitar təşəbbüslər təşkil edəcək.
Aut.az
