“Real”a gəlməyə razı salmaq üçün onunla bir ay yazışıb
“Real”ın hücumçusu Vinisius Junior Cud Bellinqemin “kral klubu”na keçidinə təsir edib.
Aut.az xəbər verir ki, futbolçu bu barədə Vinisius “L’Equipe”ə müsahibəsində deyib.
“Bellinqemin transferinə görə çox şadıq. Mən onunla bir neçə ay yazışdım! Ona yazırdım ki, “Real dünyanın ən yaxşı klubudur. Bilirdim ki, onu başqa komandalar da istəyir.
“Real”ın baş skautu Huni Kalafat mənim dostumdur və o bilir ki, əgər mən kömək edə bilsəm, edəcəyəm. Kamavinqa ilə də eyni şeyi etdim. Ona yazdım, gəlib Çempionlar Liqasını qazandı. Ümid edirəm ki, eyni şey Cud ilə də olacaq”, – Vinisius deyib.
Aut.az
