“Barsa” jest etdi, “yox” dedi
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets klubla müqaviləni uzatmaq təklifindən imtina edib.
Aut.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, kataloniyalılar futbolçuya 2024-cü ilə qədər klubda qalmağı təklif etsə də, o, bundan imtina edib.
34 yaşlı futbolçunun kataloniyalılarla hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Buskets 2008-ci ildən “Barselona”da çıxış edir.
