Kapellodan “Real”a tövsiyə: Ən yaxşını istəyirsənsə…
“Real”ın sabiq baş məşqçisi Fabio Kapello hesab edir ki, “kral klubu” “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı almaq barədə düşünməlidir.
Aut.az xəbər verir ki, Kapello bu barədə “Marca”ya açıqlamasında deyib.
“Əgər Madrid klubu bazara girməyi planlaşdırırsa, yüksək səviyyəli mərkəz hücumçusunun olub-olmadığını düşünməlidir. Amma “Real”da bu yoxdur. Bu vəziyyətdə ən yaxşı seçim Haaland olacaq. Amma əgər söhbət ən yaxşı futbolçunu dəvət etməkdən gedirsə, deməli, bu, əlbəttə ki, Mbappedir”, – deyə Kapello bildirib.
Bu mövsüm 23 yaşlı Haaland İngiltərə Premyer Liqasında “Mançester Siti”nin heyətində 15 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
