Dünya futbolu

Səudiyyə variantı gündəmə gəldi

“İnter Mayami”nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanı klublardan birinə keçə bilər.

Aut.az xəbər verir ki, sözügedən ölkənin bir neçə təmsilçisi argentinalı superulduzu 2024-cü ilin fevralına qədər icarəyə götürə bilərlər. Bu barədə “Sport.es” məlumat yayıb.

“İnter Mayami” MLS-də pley-off mərhələsinə vəsiqə qazanmaq şansını itirib. Florida təmsilçisinin turnirdə formal xarakter daşıyan 2 oyunu qalıb. Ondan sonra uzun müddət Messi futbolsuz qalacaq. Klub rəhbərliyi idman formasını itirməmək üçün Leo və komanda yoldaşlarını başqa klublara qısamüddətli icarəyə göndərməyə razıdır.

Qeyd edək ki, Messi bu ilin yayında “İnter Mayami”yə keçib.