Tükənib? – Son 5 ildə ilk dəfə…
PSJ-nin futbol,u Kilian Mbappe 2018-ci ildən sonra ən pis qolsuzluq seriyasını yaşayır.
Aut.az xəbər verir ki, 24 yaşlı hücumçu ardıcıl 4 oyundur ki, Paris təmsilçisinin heyətində fərqlənə bilmir. Bu, hücumçunun 2018-ci ilin yazından bəri ən pis seriyasıdır.
Bundan başqa, Kilian ardıcıl beş matçda rəqiblərin qapısına zərbə endirə bilməyib.
Bu mövsüm Fransa millisinin üzvü ümumilikdə 9 matçda iştirak edərək 8 qol vurub.
Liqa 1-in 8 turunun nəticələrinə əsasən, PSJ 15 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Luis Enrikenin komandası çempionatda növbəti oyununu “Strasburq”a qarşı keçirəcək.
