Qonşuları Ronaldonu uşaq vaxtı necə çağırırmışlar?
Əfsanəvi hücumçu Kriştiano Ronaldo uşaqlıqda məğlubiyyətlərə necə reaksiya verdiyini açıqlayıb.
“Mən həmişə əsəbi idim və daha çox şeyə can atırdım. Məğlub olmağa nifrət edirdim və ağlayırdım. Qonşular mənə “ağlayan uşaq” deyirdilər.
Meydanda olanda və əlindən gələni edəndə məğlub olmaq pis hiss idi. Mən mükəmməl deyiləm. Məğlubiyyətlərdən sonra əsəbdən ağlayırdım. Mən belə idim, amma yavaş-yavaş uyğunlaşdım və yaxşılaşdım.
Bununla belə, mənim motivasiyam eyni qalır. Keçmişdən qalan bu pis xarakterin izləri hələ də məndədir. Ümid edirəm ki, belə davam edəcək, amma tarazlığı saxlamaq lazımdır. Uşaqlarım bəzən buna görə məni qınayırlar və mən cavab verirəm: “Ata belədir və bu qədərdir”, – “Marca” forvardının sözlərini sitat gətirib.
Aut.az
