İspaniya

Bukmekerlər qorxdular, əmsalı aşağı saldılar

“Jirona”nın La Liqada mövsümə əla start verməsi bikmeker kontorlarını ehtiyatlı olmnağa vadar edib.

Aut.az xəbər verir ki, “qırmızı-ağlar”ın çempionluq şansı  mövsümün əvvəlindən bəri 15 dəfə aşağı düşüb. İndi komandanın titul qazanmasına 81.00 əmsalla mərc edə bilərsiniz. İspaniya çempionatının əvvəlində bukmeker kontorları “Jirona”nın uğur şansını 1250.00 əmsalla  qiymətləndirirdi.

Bu, bütün beş ən yaxşı Avropa çempionatında ən böyük azalmadır. Bukmeker kontorlarına görə “Jirona” İspaniya çempionatının 4-cü favoritidir.

6 turdan sonra  La Liqada çempionluğa 5 əsas namizəd:

“Real” – 1,90

“Barselona” – 2.24

“Atletiko” – 10.00

“Jirona” – 67.00

“Atletik” – 101.00

Bukmeker kontorları “Jirona”nın mövsümü ilk dörd komanda arasında başa vuracağına 6.00 əmsal verir.

Aut.az