Dünya futbolu

Yalnız Mesiyə görə bilet alanlara səsləndi: Çətindir

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın oyunlarına yalnız argentinalı hücumçu Lionel Messiyə görə bilet alan azarkeşlərdən danışıb.

“Leo “İnter Mayami”də olmasaydı, zədələrdən danışmazdıq. Məndən nadir hallarda Qreqor və ya Mota haqqında soruşurlar. Bu, sadəcə futbolun bir hissəsidir, amma biz dünyanın ən yaxşı oyunçusundan danışırıq. Etiraf edim ki, bu, rəqibimizin hazırlığını dəyişə bilər.

Bilirəm ki, Messinin varlığı insanları bilet alıb-almaması baxımından maraqlandırır. Xüsusilə qısa müddətdə keçirdiyimiz matçların sayını nəzərə alsaq, belə komandaya rəhbərlik etmək çətindir. “Bilet al və əmin ol ki, bütün komanda oynayacaq” sözünün verə bilmərik. Biz ən yaxşı qərarlar verməyə çalışırıq”, – “Ole” Martinodan sitat gətirib.

Aut.az